Çağalaxlamaq
Mənası: Ağcabədi bölgəsində işlənən bu söz, əsasən alçanın yetişmə prosesi ilə bağlıdır. Çəyirdəklənmək, dənələnmək mənasında işlənir. Alçanın bir azdan sonra çəyirdəklənəcəyini bildirmək üçün işlədilən ifadədir. "Alça bir azdan sonra çağalaxlıyajax" misalında olduğu kimi, gələcək zaman əlaməti ilə işlənir və alçanın yetişmə prosesinin son mərhələsini ifadə edir.
Bölgə:
- Ağcabədi