Davlax
Mənası: Gədəbəy və Qazax bölgələrində işlənən bu söz "ucaboy və enlikürək" mənasını verir. Yəni, hündür boylu və enli çiyinli şəxs üçün işlədilir. Sözün mənası kontekstdən asılı olaraq "böyük, hündür boylu oğlan" kimi də başa düşülə bilər.
Bölgə:
- Gədəbəy rayonu
- Qazax rayonu
Nümunələr:
- “Birdən davlax bir oğlan qavağıma çıxdı” (Qazax)
- “Davlax oğlandı harajan desən Fərman” (Gədəbəy)