Cavabdeh
Mənası: Cavab verməyə, hesabat verməyə məcbur olan, məsuliyyət daşıyan şəxs.
Mənbəyi: Sözün "cavab" hissəsi ərəb mənşəlidir. "Deh" hissəsi isə farsca "dadən" (vermək) fellərinin əsasından törəmişdir. Beləliklə, "cavabdeh" sözü "cavab vermək məcburiyyətində olan" mənasını verir. Bəşir Əhmədovun Etimologiya lüğətində də bu şəkildə izah olunur.