etimologiya 0 baxış 0 reaksiya Düzəliş

Diktator

Mənası: Roma tarixinə görə, e.ə. 509-cu ildə romalılar son çarlarını taxtdan salaraq respublika elan etdilər. Lakin respublikanın hərbi və ya siyasi böhranlarla üzləşdiyi hallarda, müvəqqəti olaraq fövqəladə səlahiyyətlərə malik bir şəxs seçilirdi. Bu şəxsə diktor deyilirdi. O, mütləq səlahiyyətlərə sahib idi və yalnız müəyyən bir müddət üçün vəzifədə qalırdı. Müasir dövrdə "diktator" sözü özbaşınalıqla hakimiyyət quran, mütləq səlahiyyətlərə sahib olan və demokratik prinsipləri gözləməyən hökmdarı bildirir.

Mənbəyi: Söz latın dilindən "dictator" sözündəndir. "Dictare" felindən törəmişdir və "əmr etmək", "səsləndirmək", "yazdırmaq" mənalarını verir. Roma Respublikasında diktorun səlahiyyətlərinin geniş olması və əmrlərinin şərtsiz icra olunması bu etimoloji kökün mənası ilə uyğun gəlir. Söz Roma Respublikasının siyasi sistemindən dünya dillərinə, o cümlədən Azərbaycan dilinə keçmişdir.

Söz-söhbət (0)

Bu haqda yaz