etimologiya 0 baxış 0 reaksiya Düzəliş

Göynəmək

Mənası: Göy (od) sözü ilə qohumdur, “yanmaq” (soyuqdan da yanmaq olur) anlamını əks etdirir. Soğuqdan, şaxtadan və ya digər amillərdən bədənin dondan, soyuqdan zərər görməsi, dəri və ya daxili orqanların soyuqdan zədələnməsi mənasını verir. Həmçinin, acıdan, kədər-qüssədən, qəmindən içdən yanmaq, əzab çəkmək mənasında da işlədilə bilər.

Mənbəyi: Sözün etimologiyası göy (od) sözü ilə əlaqələndirilir. “Göy” sözünün köhnə türkcədə həm “od”, həm də “göy” mənalarını ifadə etdiyi nəzərə alınaraq, “göynəmək” sözünün əsasında “yanmaq” fəaliyyətinin, həm fiziki (oddan, soyuqdan), həm də metaforik (qüssədən, kədərdən) olaraq baş verməsi dayanır. Bu, sözün mənasının genişliyini və çoxmənalılığını izah edir.

Söz-söhbət (0)

Bu haqda yaz