günlər 0 baxış 0 reaksiya Düzəliş

7 yanvar Qriqorian təqvimində ilin 7-ci günüdür. İl sonuna 358 (uzun illərdə 359) gün qalır. XX və XXI əsrlərdə Yuli təqviminə görə 25 dekabra uyğundur.

Əhəmiyyətli hadisələr: 1325-ci ildə IV Afonso Portuqaliyanın kralı olub. 1610-cu ildə Qalileo Qaliley dörd Qalileo peykinin (Qanimed, Kallisto, İo və Avropa) ilk araşdırmasını aparıb. 1958-ci ildə Bobbi Fişer 14 yaşında ABŞ şahmat çempionu olub. 1989-cu ildə Yaponiyanın yeni imperatoru Akihito elan edilib. 2015-ci ildə Parisdəki Charlie Hebdo satirik qəzetinin binasında terror aktı baş verib. Azərbaycan tarixində isə 1992-ci ildə Portuqaliya Azərbaycanın müstəqilliyini tanımış, 2010-cu ildə isə Azərbaycan və Svaziland arasında diplomatik əlaqələr qurulmuşdur.

Doğumlar: 1502-ci ildə XIII Qriqori (Roma papası), 1768-ci ildə Jozef Bonapart (İtaliya kralı), 1899-cu ildə Fransis Pulenk (Fransa bəstəkarı), 1902-ci ildə Sergey Xudyakov (Sovet marşalı), 1907-ci ildə Mirəli Qaşqay (Azərbaycan geoloqu), 1912-ci ildə Çarlz Addams (ABŞ karikaturaçısı), 1916-cı ildə Yelena Çauşesku (Rumıniya dövlət xadimi), 1922-ci ildə Pərviz Rüstəmbəyov (Azərbaycan saksafonçusu), 1931-ci ildə Vəli Məmmədov (Azərbaycan deputatı), 1951-ci ildə Talqat Musabəyov (Qazaxıstan kosmonavtı), 1962-ci ildə Aleksandr Duqin (Rusiya filosofu), 1963-cü ildə Klint Mensell (İngiltərə musiqiçisi və bəstəkarı), 1982-ci ildə Loren Koen (ABŞ və Böyük Britaniya aktrisası), 1985-ci ildə Lyuis Hemilton (Böyük Britaniya Formula-1 pilotu) və Rəşad Atakişiyev (Azərbaycan polkovnik-leytenantı), 1991-ci ildə Eden Hazard (Belçika futbolçusu) və Rəsul Çunayev (Azərbaycan güləşçisi), 1993-cü ildə Yan Oblak (Sloveniya futbolçusu) və 1974-cü ildə Babək Səmidli (Azərbaycan polkovniki) dünyaya gəliblər.

Ölümlər: 1325-ci ildə I Diniz (Portuqaliya kralı), 1536-cı ildə Araqonlu Ketrin (İngiltərə kraliçası), 1655-ci ildə X İnnokenti (Roma papası), 1892-ci ildə Kavalalı Tofiq Paşa (Misir xidivi), 1943-cü ildə Xosrov bəy Sultanov (Azərbaycan dövlət xadimi) və Nikola Tesla (Serbiya fiziki), 1951-ci ildə Rene Genon (Fransa filosofu), 1968-ci ildə Qulamrza Təxti (İran güləşçisi), 1989-cu ildə Hirohito (Yaponiya imperatoru), 1995-ci ildə Mürrey Rotbard (ABŞ iqtisadçısı), 1998-ci ildə Riçard Hemminq (ABŞ riyaziyyatçısı), 2000-ci ildə Mahmud Esambayev (Çeçenistan rəqqası), 2015-ci ildə Jorj Volinski (Fransa karikaturisti) və 2021-ci ildə Rafiq Əlizadə (Azərbaycan futbolçusu və baş məşqçisi) vəfat ediblər.

Bayramlar və xüsusi günlər: Kamboca - Soyqırım Üzərində Qələbə Günü; Liberiya - Pionerlər Günü.

Söz-söhbət (0)

Bu haqda yaz