7 fevral Qriqorian təqvimində ilin 38-ci günüdür. Bu tarixdə ilin sonuna 327 gün (uzun ildə 328 gün) qalır. XX və XXI əsrlərdə Yuli təqvimi ilə 25 yanvar tarixinə uyğun gəlir.
Əhəmiyyətli hadisələr: 1898-ci ildə Emil Zola "Mən günahlandırıram...!" əsərinin nəşrinə görə məhkəmə qarşısına çıxarılıb (Dreyfus işi). 1904-cü ildə Böyük Baltimor yanğını baş verib. 1940-cı ildə Volt Disneyin "Pinokkio" cizgi filmi premyerası olub. 1942-ci ildə Uruqvay Amerika Kubokunu qazanıb. 1974-cü ildə Qrenada Birləşmiş Krallıqdan müstəqillik elan edib. 1984, 1998 və 2014-cü illərdə müvafiq olaraq Sarayevoda, Naqanoda və Soçidə Qış Olimpiya Oyunları keçirilib. 1992-ci ildə Maastrixt sazişi imzalanıb. 1995-ci ildə Dünya Ticarət Mərkəzinə qarşı terror aktının təşkilatçısı Rəmzi Yusif tutulub. 1999-cu ildə II Abdullah İordaniyanın kralı olub. 2014-cü ildə Pakistanda seçki məntəqələrində baş verən partlayışlar nəticəsində 24 nəfər həlak olub. Azərbaycanda isə 1991-ci ildə bir sıra şəhərlərin adları dəyişdirilib (Qutqaşen - Qəbələ, Mirbəşir - Tərtər, Puşkin - Biləsuvar, Şamxor - Şəmkir, Vartaşen - Oğuz). 2013 və 2019-cu illərdə Azərbaycan müvafiq olaraq Butan və Tanzaniya ilə diplomatik əlaqələr qurub.
Doğumlar: 1478-ci ildə Tomas Mor (İngiltərə vəkili və filosofu), 1693-cü ildə Anna İvanovna (Rusiya imperatriçası), 1808-ci ildə Mahmud Eyvazov (Azərbaycan uzunömürlüsü), 1812-ci ildə Çarlz Dikkens (İngiltərə yazıçısı), 1870-ci ildə Alfred Adler (Avstriya həkimi), 1919-cu ildə Tofiq Tağızadə (Azərbaycan kinorejissoru), 1925-ci ildə Tofiq Cavadov (Azərbaycan boyakarı), 1952-ci ildə Vahid Əliyev (Azərbaycan aktyoru), 1955-ci ildə Muxtar İbadov (Azərbaycan aktyoru), 1967-ci ildə Nazim Quliyev (Azərbaycanın Milli Qəhrəmanı), 1975-ci ildə Nazim Babayev (Azərbaycanın Milli Qəhrəmanı), 1988-ci ildə Mübariz İbrahimov (Azərbaycanın Milli Qəhrəmanı) dünyaya göz açıblar.
Ölümlər: 1560-cı ildə Baçço Bandinelli (İtaliya heykəltəraşı), 1603-cü ildə Gülbədən bəyim (Böyük Moğol şahzadəsi), 1922-ci ildə Bəhruz Kəngərli (Azərbaycan boyakarı), 1973-cü ildə Süleyman Vəzirov (Azərbaycan dövlət xadimi), 1993-cü ildə Şövkət Ələkbərova (Azərbaycan müğənnisi) vəfat ediblər.
Bayramlar və xüsusi günlər: Qrenada Müstəqillik Gününü qeyd edir.