12 fevral Qriqorian təqvimində ilin 43-cü günüdür. İl sonuna 322 (uzun illərdə 323) gün qalır. XX və XXI əsrlərdə Yuli təqvimi ilə 30 yanvar tarixinə uyğun gəlir.
Əhəmiyyətli hadisələr: 1541-ci ildə Pedro de Valdivia Çilinin Santyaqo şəhərini təsis edib. 1939-cu ildə Peru milli futbol komandası Amerika Kubokunu qazanıb. 1994-cü ildə Lillehammerdə XVII Qış Olimpiya Oyunları keçirilib və eyni zamanda Dörd oğru Norveç Milli Qalereyasından Edvard Munkun "Fəryad" rəsm əsərini oğurlayıblar. 2002-ci ildə Haaqa şəhərində Slobodan Miloşeviçin məhkəməsi başlayıb. 2010-cu ildə Vankuverdə XXI Qış Olimpiya Oyunları keçirilib. 2012-ci ildə Zambiya milli futbol komandası Afrika Millətlər Kubokunu qazanıb. 1992-ci ildə isə Şri-Lanka Azərbaycanın müstəqilliyini tanımışdır.
Doğumlar: 1760-cı ildə Çexiya bəstəkarı Yan Düssek, 1809-cu ildə ABŞ prezidenti Avraam Linkoln və İngiltərə naturalisti Çarlz Darvin, 1881-ci ildə Rusiya balerinası Anna Pavlova, 1888-ci ildə Rusiya inqilabçısı İvan Qabışev, 1898-ci ildə Sovet dövlət xadimi İsidor Baraxov, 1900-cü ildə Sovet marşalı Vasili Çuykov, 1911-ci ildə Azərbaycan tarzəni Bəhram Mansurov, 1912-ci ildə Azərbaycan memarı Ənvər Qasımzadə, 1915-ci ildə Rusiya yazıçısı Vasili Ajayev, 1920-ci ildə Hindistan aktyoru Pran, 1932-ci ildə Başqırdıstan şairi Rami Qaripov, 1933-cü ildə Azərbaycan xanəndəsi Mais Salmanov, 1942-ci ildə İsrail baş naziri Ehud Barak, 1946-cı ildə Türkiyə müğənnisi Ajda Pekkan, 1964-cü ildə Azərbaycanın Milli Qəhrəmanı Təbriz Xəlilbəyli, 1969-cu ildə ABŞ kinorejissoru Darren Aronofski, 1987-ci ildə Azərbaycan aktyoru Cavidan Novruz, 1988-ci ildə Azərbaycan giziri Cahid Tağızadə, 1990-cı ildə Haiti futbolçusu Soni Mustivar, 1992-ci ildə Azərbaycan əsgəri Ramiq Ağayev və 1997-ci ildə Azərbaycan əsgəri Xəyal Nuri dünyaya göz açıblar.
Ölümlər: 1578-ci ildə Səfəvi şahzadəsi Pərixan xanım, 1713-cü ildə Böyük Moğol imperatoru Cahandar Şah, 1804-cü ildə Almaniya filosofu İmmanuel Kant, 1898-ci ildə Macarıstan boyakarı Mikloş Barabaş, 1931-ci ildə Azərbaycan generalı Səməd bəy Mehmandarov, 1942-ci ildə ABŞ boyakarı Qrant Vud, 1984-cü ildə Argentina və Fransa yazıçısı Xulio Kortasar, 2008-ci ildə Gürcüstan iş adamı Badri Patarkatsişvili, 2009-cu ildə Azərbaycan musiqişünası Elmira Abasova, 2010-cu ildə Gürcüstan kirşəçisi Nodar Kumaritaşvili, 2017-ci ildə Azərbaycan aktrisası Kübra Dadaşova, 2019-cu ildə Azərbaycan boyakarı Altay Hacıyev və İngiltərə futbolçusu Qordon Benks vəfat ediblər.
Bayramlar və xüsusi günlər: Myanmar - İttifaq Günü