günlər 0 baxış 0 reaksiya Düzəliş

27 mart Qriqorian təqvimində ilin 87-ci günüdür. İl sonuna 278 (uzun ildə 279) gün qalır. XX və XXI əsrlərdə Yuli təqviminə görə 15 mart tarixinə uyğun gəlir.

Əhəmiyyətli hadisələr: 1513-cü ildə İspaniya səyyahı Xuan Ponse de Leon Floridaya ilk səyahətində Baham adalarının şimal ucuna çatıb. 1977-ci ildə Tenerifedə iki Boeing 747 təyyarəsinin toqquşması nəticəsində 583 nəfər həlak olub. 1988-ci ildə Kamerun milli futbol komandası Afrika Millətlər Kubokunu qazanıb. 2020-ci ildə Şimali Makedoniya NATO-nun 30-cu üzvü olub. Azərbaycana aid hadisələr: 1992-ci ildə Azərbaycan, Kuba, Misir və Filippin arasında diplomatik əlaqələr qurulub. 1993-cü ildə Qarabağ müharibəsi zamanı Kəlbəcər uğrunda döyüşlər baş verib. 2022-ci ildə Xocalı rayonunun Fərrux kəndi Azərbaycan Silahlı Qüvvələri tərəfindən azad edilib.

Doğumlar: 1746-cı ildə Karlo Bonapart (Korsika vəkili və diplomatı), 1883-cü ildə Marie Under (Estoniya şairəsi), 1886-cı ildə Sergey Kirov (Sovet dövlət xadimi), 1893-cü ildə Karl Mannheim (Almaniya sosioloqu), 1918-ci ildə Mariya Titarenko (Azərbaycan opera müğənnisi), 1927-ci ildə Mstislav Rostropoviç (Rusiya violonçel ifaçısı), 1939-cu ildə Kartal Tibet (Türkiyə aktyoru), 1948-ci ildə Aleksey Jarkov (Rusiya aktyoru), 1952-ci ildə Mariya Şnayder (Fransa aktrisası), 1961-ci ildə Vaqif Gərayzadə (Azərbaycan bəstəkarı), 1963-cü ildə Kventin Tarantino (ABŞ kinorejissoru), 1971-ci ildə Devid Kulthard (Şotlandiya Formula-1 pilotu), 1985-ci ildə David Navara (Çexiya şahmatçısı), 1986-cı ildə Manuel Noyer (Almaniya futbolçusu), 1987-ci ildə Polina Qaqarina (Rusiya müğənnisi), 1990-cı ildə Kimbra (Yeni Zelandiya müğənnisi), 1997-ci ildə Lisa (Tailand repçisi) dünyaya gəliblər.

Ölümlər: 1482-ci ildə Burqonlu Mariya (Burqon hersoqinası), 1564-cü ildə Lütfi Paşa (Osmanlı siyasətçisi), 1615-ci ildə Valualı Marqarita (Fransa şahzadəsi), 1625-ci ildə I Ceyms (İngiltərə, İrlandiya və Şotlandiya kralı), 1923-cü ildə Ceyms Dyuar (Şotlandiya kimyaçısı və fiziki), 1927-ci ildə Mirzə Fərəc Rzayev (Azərbaycan tarzəni), 1940-cı ildə Madlen Astor (ABŞ zadəganı), 1968-ci ildə Yuri Qaqarin (Sovet kosmonavtı), 1973-cü ildə Mixail Kalatozov (Sovet kinorejissoru), 1986-cı ildə Səməndər Rzayev (Azərbaycan aktyoru), 2006-cı ildə Stanislav Lem (Polşa yazıçısı), 2010-cu ildə Vasili Smıslov (Rusiya şahmatçısı), 2018-ci ildə Yuri Baliyev (Azərbaycan aktyoru), 2020-ci ildə Rauf Babayev (Azərbaycan müğənnisi), 2022-ci ildə Ayaz Mütəllibov (Azərbaycan prezidenti) vəfat ediblər.

Bayramlar və xüsusi günlər: Myanmar - Hərbi Silahlı Qüvvələr Günü; Ümumdünya Teatr Günü.

Söz-söhbət (0)

Bu haqda yaz