günlər 0 baxış 0 reaksiya Düzəliş

30 may Qriqorian təqvimində ilin 150-ci (uzun ildə 151-ci) günüdür. İlin sonuna 215 gün qalır. XX və XXI əsrlərdə Yuli təqvimi ilə 17 may tarixinə uyğun gəlir.

Əhəmiyyətli hadisələr: 1975-ci ildə Avropa Kosmik Agentliyi təsis edilib.

Doğumlar: 1524-cü ildə Osmanlı sultanı II Səlim; 1782-ci ildə Rusiya feldmarşalı Mixail Vorontsov; 1814-cü ildə Rusiya anarxisti Mixail Bakunin; 1837-ci ildə Azərbaycan pedaqoqu Mirzə Həsən Tahirzadə; 1862-ci ildə Azərbaycan şairi Mirzə Ələkbər Sabir; 1928-ci ildə Azərbaycan boyakarı Arif Ağamalov; 1930-cu ildə Azərbaycan şairi Fikrət Sadıq; 1934-cü ildə Rusiya kosmonavtı Aleksey Leonov; 1937-ci ildə Rusiya aktyoru Aleksandr Demyanenko; 1963-cü ildə Böyük Britaniya kosmonavtı Helen Şarman; 1978-ci ildə Azərbaycan diplomatı Xəzər İbrahim, Kanada və Somali şairi və repçisi K'naan, Braziliya MMA döyüşçüsü Lyoto Maçida; 1980-ci ildə İngiltərə futbolçusu və baş məşqçisi Stiven Cerrard; 1989-cu ildə Azərbaycan giziri Tural Rəşidov; 1992-ci ildə Azərbaycan voleybolçusu Oksana Kiselyova dünyaya göz açıblar.

Ölümlər: 1431-ci ildə Fransa milli qəhrəmanı Janna d'Ark; 1574-cü ildə Fransa kralı IX Karl; 1606-cı ildə Sikx qurusu Arcan Dev; 1640-cı ildə Flandriya boyakarı Piter Paul Rubens; 1770-ci ildə Fransa boyakarı Fransua Buşe; 1778-ci ildə Fransa yazıçısı Volter; 1918-ci ildə Rusiya inqilabçısı Georgi Plexanov; 1924-cü ildə Azərbaycan diplomatı Behbud ağa Şahtaxtinski; 1960-cı ildə Rusiya şairi Boris Pasternak; 1963-cü ildə Azərbaycan xanəndəsi Zülfü Adıgözəlov; 1967-ci ildə Azərbaycan aktyoru İsmayıl Əfəndiyev; 1976-cı ildə Azərbaycan tarzəni Əhsən Dadaşov; 1983-cü ildə Estoniya güləşçisi Rudolf Loo; 2000-ci ildə Azərbaycan kamança ifaçısı Tələt Bakıxanov vəfat ediblər.

Bayramlar və xüsusi günlər: Xorvatiya – Dövlətçilik Günü; Nikaraqua – Analar Günü.

Söz-söhbət (0)

Bu haqda yaz