günlər 1 baxış 0 reaksiya Düzəliş

30 iyun Qriqorian təqvimində ilin 181-ci (uzun ildə 182-ci) günüdür. İlin sonuna 184 gün qalır. XX və XXI əsrlərdə Yuli təqviminə görə 17 iyun tarixinə uyğun gəlir.

Əhəmiyyətli hadisələr: 1422-ci ildə Milan hersoqluğu və İsveçrə kantonları arasında Arbedo döyüşü baş vermişdir. 1908-ci ildə Podkamennaya Tunquska çayının hövzəsinə meteorit düşmüşdür. 1996-cı ildə Almaniya milli futbol komandası UEFA Avropa Çempionatını, 2002-ci ildə isə Braziliya milli futbol komandası FİFA Dünya Kubokunu qazanmışdır.

Doğumlar: 1470-ci ildə VIII Çarlz (Fransa kralı), 1893-cü ildə Harold Laski (İngiltərə iqtisadçısı), 1911-ci ildə Çeslav Miloş (Polşa və ABŞ şairi), 1928-ci ildə Cəlal Əliyev (Azərbaycan deputatı), 1947-ci ildə Jan-İv Le Drian (Fransa dövlət xadimi), 1954-cü ildə Serj Sarkisyan (Ermənistan prezidenti), 1966-cı ildə Mayk Tayson (ABŞ boksçusu), 1973-cü ildə Şəvkət Çoruh (Türkiyə aktyoru), 1974-cü ildə Doğuş (Türkiyə müğənnisi), 1980-ci ildə Günel Musəvi (Azərbaycan televiziya aparıcısı), 1983-cü ildə Katarjina Skovronska (Polşa voleybolçusu), 1987-ci ildə Uraz Kaygılaroğlu (Türkiyə aktyoru və aparıcısı), 1995-ci ildə Romen Bask (Fransa futbolçusu), 1998-ci ildə Mahdi Kamara (Fransa futbolçusu), 1999-cu ildə Baxış Əsədov (Azərbaycan əsgəri) dünyaya gəlmişdir.

Ölümlər: 945-ci ildə Ki no Tsurayuki (Yaponiya yazıçısı və şairi), 1727-ci ildə Mürşüdqulu xan (Benqal nəvvabı), 1914-cü ildə Jorj Perro (Fransa arxeoloqu), 1934-cü ildə Kurt fon Şleyxer (Almaniya generalı), 1967-ci ildə Mirzə Mansur Mansurov (Azərbaycan tarzəni) və Şükri əl-Qüvvətli (Suriya prezidenti), 1989-cu ildə Rostislav Plyatt (Rusiya aktyoru), 1991-ci ildə Tamara xanım (Özbəkistan rəqqasəsi), 2002-ci ildə Onegin Hacıqasımov (Azərbaycan şairi), 2005-ci ildə Aleksey Sultanov (ABŞ və Rusiya pianoçusu), 2012-ci ildə Yitzhak Şamir (İsrail baş naziri), 2014-cü ildə Pol Mazurski (ABŞ kinorejissoru), 2018-ci ildə Fuad Sezgin (Türkiyə şərqşünası) vəfat etmişdir.

Bayramlar və xüsusi günlər: Azərbaycan - Milli Sevgililər Günü; İsrail - Hərbi Donanma Günü; Konqo Demokratik Respublikası - Müstəqillik Günü; Qvatemala - Silahlı Qüvvələr Günü; MAR - Ümumi Dua Günü.

Söz-söhbət (0)

Bu haqda yaz