günlər 1 baxış 0 reaksiya Düzəliş

27 iyul Qriqorian təqvimində ilin 208-ci (uzun ildə 209-cu) günüdür. İlin sonuna 157 gün qalır. XX və XXI əsrlərdə Yuli təqvimi ilə 14 iyul tarixinə uyğun gəlir.

Əhəmiyyətli hadisələr: 1890-cı ildə Vinsent van Qoq özünü güllələyir və iki gün sonra vəfat edir. 1898-ci ildə Bibiheybətdə neft fontanı yanğını baş verir. 2003-cü ildə Meksika milli futbol komandası KONKAKAF Qızıl Kubokunu qazanır. 2012-ci ildə XXX Yay Olimpiya Oyunları Londonda keçirilir. 2014-cü ildə Azərbaycan və Ermənistan Silahlı Qüvvələri arasında döyüşlər baş verir.

Doğumlar: 1612-ci ildə IV Murad, Osmanlı sultanı; 1824-cü ildə Aleksandr Düma (oğul), Fransa yazıçısı və dramaturqu; 1835-ci ildə Cozue Karduççi, İtaliya şairi; 1870-ci ildə Jan Peske, Fransa boyakarı; 1904-cü ildə Lüdmıla Rudenko, Sovet şahmatçısı və Oskar Lanqe, Polşa iqtisadçısı; 1917-ci ildə Burvil, Fransa aktyoru; 1924-cü ildə Otar Taktakişvili, Gürcüstan bəstəkarı; 1925-ci ildə Aleksandr Kosmodemyanski, Sovet baş leytenantı; 1926-cı ildə Sadeq Xalxali, İran din xadimi; 1929-cu ildə Jan Bodriyar, Fransa sosioloqu; 1963-cü ildə Donni Yen, Honkonq aktyoru; 1976-cı ildə Fernando Riksen, Niderland futbolçusu və Zaur Ramazanov, Azərbaycan futbolçusu; 1978-ci ildə Ruhullah Zəm, İran siyasi fəalı və jurnalisti; 1983-cü ildə Flavinyo, Braziliya futbolçusu; 1988-ci ildə Baqali Dabo, Fransa futbolçusu; 1990-cı ildə İndiana Evans, Avstraliya aktrisası; 1999-cu ildə Nuran Mirzəyev, Azərbaycan əsgəri dünyaya gəlir.

Ölümlər: 1841-ci ildə Mixail Lermontov, Rusiya şairi; 1844-cü ildə Con Dalton, İngiltərə kimyaçısı; 1873-cü ildə Fyodor Tyutçev, Rusiya şairi; 1937-ci ildə Çingiz İldırım, Azərbaycan inqilabçısı; 1967-ci ildə Ramiz Əsgərov, Azərbaycan kinorejissoru; 1971-ci ildə Yulbars Xan, Tayvan hərbi xadimi; 1991-ci ildə Gülarə Əliyeva, Azərbaycan pianoçusu; 1992-ci ildə Nəcibə Məlikova, Azərbaycan aktrisası və Sürəyya Qacar, Azərbaycan opera müğənnisi; 1994-cü ildə Kevin Karter, CAR fotojurnalisti; 1995-ci ildə Mikloş Roja, Macarıstan bəstəkarı; 2003-cü ildə Bob Houp, ABŞ və Böyük Britaniya komediyaçısı; 2007-ci ildə Kamran Rəhimov, Azərbaycan dövlət xadimi vəfat edir.

Bayramlar və xüsusi günlər: ABŞ - Milli Şotland Günü, Milli Koreya Müharibəsi Veteranları Atəşkəs Günü; Şotlandiya - Tuluqzurnasına Təqdir Günü; Şimali Koreya - Böyük Vətən Qurtuluş Müharibəsində Qələbə Günü; Ukrayna - Tibb İşçiləri Günü.

Söz-söhbət (0)

Bu haqda yaz