günlər 0 baxış 0 reaksiya Düzəliş

30 iyul - Qriqorian təqvimində ilin 211-ci (uzun ildə 212-ci) günüdür. İlin sonuna 154 gün qalır. XX və XXI əsrlərdə Yuli təqviminə görə 17 iyula uyğun gəlir.

Əhəmiyyətli hadisələr: 1930-cu ildə Uruqvay milli futbol komandası 1930 FİFA Dünya Kubokunu qazanıb. 1932-ci ildə X Yay Olimpiya Oyunları Los-Ancelesdə keçirilib. 1966-cı ildə İngiltərə milli futbol komandası 1966 FİFA Dünya Kubokunu qazanıb. 1980-ci ildə Vanuatu müstəqillik elan edib. 2020-ci ildə Tokioda keçirilən 2020 Yay Olimpiya Oyunlarında cüdoçu İrina Kindzerskaya bürünc medal qazanıb.

Doğumlar: 1511-ci ildə Corco Vazari (İtaliya boyakarı), 1818-ci ildə İlya Berezin (Rusiya şərqşünası), 1857-ci ildə Torsteyn Veblen (ABŞ və Norveç iqtisadçısı), 1863-cü ildə Henri Ford (ABŞ sənayeçisi və biznes maqnatı), 1868-ci ildə Alfred Veber (Almaniya iqtisadçısı), 1914-cü ildə Elisabet Şerer (Almaniya aktrisası), 1940-cı ildə Klayv Sinkler (İngiltərə sahibkarı və ixtiraçısı), 1941-ci ildə Pol Anka (ABŞ və Kanada müğənnisi), 1947-ci ildə Arnold Şvartsenegger (ABŞ və Avstriya aktyoru), 1948-ci ildə Jan Reno (Fransa aktyoru), 1957-ci ildə Fəxrəddin Musayev (Azərbaycanın Milli Qəhrəmanı), 1962-ci ildə Nadir Əliyev (Azərbaycanın Milli Qəhrəmanı), 1970-ci ildə Kristofer Nolan (ABŞ və Böyük Britaniya kinorejissoru), 1973-cü ildə Ümit Davala (Türkiyə futbolçusu və baş məşqçisi), 1982-ci ildə Nəsrin Cavadzadə (Azərbaycan əsilli Türkiyə aktrisası), 1993-cü ildə Andre Qomeş (Portuqaliya futbolçusu), 1997-ci ildə Finneas O'Konnell (ABŞ musiqiçisi), 1998-ci ildə Mahsun Bağırzadə (Azərbaycan əsgəri).

Ölümlər: 1898-ci ildə Otto fon Bismark (Almaniya dövlət xadimi), 1912-ci ildə Meyci (Yaponiya imperatoru), 1925-ci ildə Firudin bəy Vəzirov (Azərbaycan general-mayoru), 1930-cu ildə Joan Qamper (İspaniya və İsveçrə futbol rəhbəri), 1945-ci ildə Qriqori Lemberq (Sovet fotoqrafı), 1965-ci ildə Cuniçiro Tanizaki (Yaponiya yazıçısı), 1978-ci ildə Umberto Nobile (İtaliya aviatoru və aviakonstruktoru), 2007-ci ildə Əli Meşkini (İran din xadimi), İnqmar Berqman (İsveç kinorejissoru) və Mikelancelo Antonioni (İtaliya kinorejissoru), 2015-ci ildə Sofiya Hüseynova (Azərbaycan aktrisası), 2018-ci ildə Xəyyam Mirzəzadə (Azərbaycan bəstəkarı) və Orxan Camal (Azərbaycan əsilli Rusiya jurnalisti).

Bayramlar və xüsusi günlər: Cənubi Sudan - Şəhidlər Günü, Vanuatu - Müstəqillik Günü, BMT - Beynəlxalq Dostluq Günü.

Söz-söhbət (0)

Bu haqda yaz