27 avqust Qriqorian təqviminə görə ilin 239-cu (uzun illərdə 240-cı) günüdür. İl sonuna 126 gün qalır. XX və XXI əsrlərdə Yuli təqviminə görə 14 avqusta uyğun gəlir.
Əhəmiyyətli hadisələr: 1783-cü ildə Montqolfier qardaşları hidrogen qazı ilə doldurulmuş ilk şarı uçurmuşlar. 1859-cu ildə ABŞ-ın Pensilvaniya ştatında dünyanın ilk neft quyusu qazılıb. 1892-ci ildə Nyu-Yorkun Metropolitan opera binası yanmışdır. 1922-ci ildə Türkiyə İstiqlaliyyət Müharibəsi zamanı Türk Ordusu Yunanıstanın işğalı altında olan Afyonun Türklərin qəyyumluğuna keçmişdir. 1928-ci ildə Parisdə 15 ölkənin iştirakı ilə Kelloq-Briand paktı imzalanmışdır. 1991-ci ildə Moldova SSRİ-dən ayrılaraq müstəqilliyini elan etmişdir. 1992-ci ildə Azərbaycan və Qvineya-Bisau arasında diplomatik əlaqələr qurulmuşdur. 2003-cü ildə Mars təxminən 60.000 ildə Yerə ən yaxın yaxınlaşmasını etmişdir.
Doğumlar: 1770-ci ildə alman filosofu Georq Vilhelm Fridrix Hegel; 1867-ci ildə Azərbaycan siyasətçisi, hüquqşünas və diplomat İsmayıl xan Ziyadxanov; 1871-ci ildə ABŞ yazıçısı Teodor Drayzer; 1904-cü ildə Azərbaycan şahmatçısı Vladimir Makoqonov; 1908-ci ildə ABŞ prezidenti Lindon Conson; 1921-ci ildə Azərbaycan yazıçısı Seyfəddin Dağlı; 1928-ci ildə Azərbaycan rəssamı Nadir Zeynalov; 1942-ci ildə Azərbaycan şərqşünası Vasim Məmmədəliyev; 1984-cü ildə Azərbaycan güləşçisi Vitali Rəhimov dünyaya gəlmişlər.
Ölümlər: 1576-cı ildə İtaliya boyakarı Tisian Veçellio; 1956-cı ildə Azərbaycan yazıçısı Əvəz Sadıq; 1965-ci ildə memar Le Korbuzye; 1975-ci ildə Efiopiya imperatoru Hayle Selassi; 1992-ci ildə Azərbaycanın Milli Qəhrəmanı Şövqiyar Abdullayev; 1998-ci ildə Azərbaycan kinorejissoru Tofiq Tağızadə; 2009-cu ildə Rusiya yazıçısı və şairi Sergey Mixalkov vəfat etmişlər.
Bayramlar və xüsusi günlər: Moldova Müstəqillik Gününü qeyd edir.