günlər 1 baxış 0 reaksiya Düzəliş

7 sentyabr Qriqorian təqvimində ilin 250-ci (uzun ildə 251-ci) günüdür. İl sonuna 115 gün qalır. XX və XXI əsrlərdə Yuli təqvimi ilə 25 avqusta uyğun gəlir.

Əhəmiyyətli hadisələr: 1923-cü ildə Interpol təsis edilib. 1936-cı ildə sonuncu tilasin, Bencamin adlı ətyeyən marsupial, Tasmaniyadakı Hobart zooparkında vəfat edib. 2019-cu ildə Ukraynalı kinorejissor Oleq Sentsov və daha 66 nəfər Ukrayna və Rusiya arasında məhbus mübadiləsi zamanı azadlığa buraxılıb. 2021-ci ildə Bitcoin El Salvadorda qanuni ödəniş vasitəsinə çevrilib. Azərbaycana aid hadisə olaraq, 1992-ci ildə Azərbaycan və Yaponiya arasında diplomatik əlaqələr qurulmuşdur.

Doğumlar: 1533-cü ildə I Elizabet (İngiltərə və İrlandiya kraliçası); 1883-cü ildə Volter Oliver (Yeni Zelandiya təbiətşünası); 1910-cu ildə Aleks Buda (Albaniya tarixçisi); 1933-cü ildə Alenka Qolyevşek (Sloveniya yazıçısı); 1934-cü ildə Laslo Bito (Macarıstan fizioloqu və yazıçısı); 1937-ci ildə Cüneyt Arkın (Türkiyə aktyoru); 1939-cu ildə Stanislav Petrov (Sovet general-leytenantı); 1968-ci ildə Kaxaber Tsxadadze (Gürcüstan futbolçusu və baş məşqçisi); 1973-cü ildə Teymur Nadir (Azərbaycan rok musiqiçisi); 1976-cı ildə Ədəhim Niftəliyev (Azərbaycan futbolçusu) və Fidan Hacıyeva (Azərbaycan opera müğənnisi); 1980-ci ildə Əmrə Bəlözoğlu (Türkiyə futbolçusu və baş məşqçisi) və Nigar Camal (Azərbaycan müğənnisi); 1992-ci ildə Gizem Karaca (Türkiyə aktrisası və modeli); 1999-cu ildə Qreysi Abrams (ABŞ müğənnisi).

Ölümlər: 1573-cü ildə Avstriyalı Yuanna (Portuqaliya şahzadəsi); 1704-cü ildə Benedetto Menzini (İtaliya rahibi və şairi); 1927-ci ildə Anna Qolubkina (Rusiya heykəltəraşı); 1955-ci ildə Fyodr Fyodorovski (Sovet teatr rəssamı); 1962-ci ildə Karen Blinksen (Danimarka yazıçısı); 1969-cu ildə Soltan Dadaşov (Azərbaycan teatr rejissoru); 1978-ci ildə Grga Novak (Xorvatiya tarixçisi); 1989-cu ildə Hafiz Baxış (Azərbaycan şairi); 1997-ci ildə Mobutu Sese Seko (Zair prezidenti); 2005-ci ildə Serco Endriqo (İtaliya müğənnisi); 2013-cü ildə Dokka Umarov (Çeçenistan terrorçusu) və Sirus Təbrizli (Azərbaycan deputatı); 2017-ci ildə Türkan Akyol (Türkiyə dövlət xadimi).

Bayramlar və xüsusi günlər: Braziliya – Müstəqillik Günü; Fici – Konstitusiya Günü; Mozambik – Qələbə Günü.

Söz-söhbət (0)

Bu haqda yaz