14 oktyabr Qriqorian təqviminə görə ilin 287-ci (uzun illərdə 288-ci) günüdür. Bu tarixdən ilin sonuna 78 gün qalır. XX və XXI əsrlərdə Yuli təqvimi ilə 1 oktyabra uyğun gəlir.
Əhəmiyyətli hadisələr: 1066-cı ildə Norman istilası Hastinqs döyüşü ilə başlayıb. 1586-cı ildə Şotlandiya kraliçası Mariya Stüart İngiltərə kraliçası I Elizabetə qarşı sui-qəsd ittihamı ilə üzləşib. 1774-cü ildə Amerika İnqilabı zamanı Birinci Kontinental Konqres Britaniya Parlamentinin dözülməz qanunlarını pisləyib və Britaniyadan güzəşt tələb edib. 1808-ci ildə Dubrovnik Respublikası Fransa tərəfindən ilhaq edilib. 1884-cü ildə Corc İstmen yeni foto filmi üçün ABŞ hökumətindən patent alıb. 1917-ci ildə Uruqvay milli futbol komandası Amerika Kubokunu qazanıb. 1947-ci ildə Çak Yeqer səs sürətini keçən ilk insan olub. Azərbaycana aid hadisələr: 1999-cu ildə Azərbaycan və Benin arasında diplomatik əlaqələr qurulub. 2011-ci ildə "Rabitə Bakı" Voleybol üzrə klublararası dünya çempionatının qalibi olub. 2020-ci ildə İkinci Qarabağ müharibəsi zamanı Azərbaycan Silahlı Qüvvələri Füzuli və Xocavənd rayonlarının bir sıra kəndlərini işğaldan azad edib.
Doğumlar: 1569-cu ildə İtaliya şairi Cambattista Marino; 1883-cü ildə İsveç botaniki Erik Leonard Ekman; 1888-ci ildə Yeni Zelandiya yazıçısı Katrin Mansfild; 1890-cı ildə ABŞ prezidenti Duayt Eyzenhauer; 1892-ci ildə Sovet marşalı Andrey Yeryomenko; 1893-cü ildə ABŞ aktrisası Lillian Giş; 1903-cü ildə Osmanlı şahzadəsi Əli Vasib Əfəndi; 1906-cı ildə ABŞ və Almaniya filosofu Hanna Ardent; 1927-ci ildə İngiltərə aktyoru Rocer Mur; 1930-cu ildə Zair prezidenti Mobutu Sese Seko; 1933-cü ildə Azərbaycan şairi Məmməd Araz; 1938-ci ildə İran şahbanusu Fərəh Pəhləvi; 1940-cı ildə ingilis müğənnisi və aktyoru Kliff Riçard; 1973-cü ildə ABŞ vətəndaşı Corc Floyd; 1978-ci ildə ABŞ müğənnisi Aşer; 1979-cu ildə Rusiya şoumeni Timur Rodrigez; 1981-ci ildə Azərbaycanın Milli Qəhrəmanı Samid İmanov; 1992-ci ildə Azərbaycan karateçisi İlahə Qasımova.
Ölümlər: 1092-ci ildə İran vəziri və filosofu Nizamülmülk; 1240-cı ildə Dehli sultanı Sultan Raziyə bəyim; 1857-ci ildə Danimarka və Norveç boyakarı Yohan Kristian Dal; 1944-cü ildə Almaniya generalı Ervin Rommel; 1962-ci ildə Azərbaycan aktyoru Əli Qurbanov; 1974-cü ildə Azərbaycan boyakarı Səttar Bəhlulzadə; 2015-ci ildə Azərbaycan boyakarı Fuad Xəlilov; 2019-cu ildə Cənubi Koreya aktrisası Sulli; 2022-ci ildə Şotlandiya aktyoru Robbi Koltreyn.
Bayramlar və xüsusi günlər: Ümumdünya Köçəri Quşlar Günü; Belarusda Analar Günü; Tanzaniyada Nyerere Günü; Ukraynada Ukrayna Müdafiəçiləri Günü.