7 dekabr Qriqorian təqvimində ilin 341-ci (uzun ildə 342-ci) günü, ilin sonuna 24 gün qalır. XX və XXI əsrlərdə Yuli təqviminə görə 24 noyabra uyğun gəlir.
Əhəmiyyətli hadisələr: 1732-ci ildə Londonda Kral Opera Teatrı açılıb. 1787-ci ildə Delaver ABŞ-nin birinci ştatı olub. 1919-cu ildə Bakıda Azərbaycan İstiqlal Muzeyi açılıb.
Doğumlar: 903-cü ildə İran astronomu Əbdürrəhman əs-Sufi; 1863-cü ildə İtaliya bəstəkarı Pyetro Maskanyi; 1875-ci ildə Azərbaycan dövlət xadimi Fətəli xan Xoyski; 1905-ci ildə ABŞ və Niderland astronomu Cerard Koyper; 1915-ci ildə ABŞ aktyoru Eli Vallax; 1928-ci ildə ABŞ dilçisi və filosofu Noam Çomski; 1938-ci ildə Azərbaycan həkimi Araz Budaqov; 1950-ci ildə Azərbaycan musiqiçisi Həsənağa Sadıqov; 1959-cu ildə Rusiya general-polkovniki Viktor Bondarev; 1973-cü ildə İrlandiya müğənnisi Damyen Rays; 1980-ci ildə İngiltərə futbolçusu Con Terri.
Ölümlər: E.ə. 43-cü ildə Roma filosofu Mark Tulli Siseron; 1583-cü ildə Həsəki sultanı Nurbanu Sultan; 1782-ci ildə Maysur sultanı Heydər Əli xan; 1815-ci ildə Fransa marşalı Mişel Ney; 1845-ci ildə Mamlük cangüdəni Rüstəm Raza; 1900-cü ildə Azərbaycan vitse-admiralı İbrahim bəy Aslanbəyov; 1906-cı ildə İsveçrə fəalı Eli Dükommen; 1947-ci ildə ABŞ filosofu Nikolas Mürrey Batler; 1973-cü ildə Azərbaycan quruluşçu rejissoru Ağaəli Dadaşov; 1993-cü ildə Türkiyə boyakarı Abidin Dino; 1999-cu ildə Azərbaycan aktrisası Nəcibə Behbudova; 2006-cı ildə Azərbaycan kinorejissoru Gülbəniz Əzimzadə; 2021-ci ildə Azərbaycan tarixçisi Aydın Balayev.
Bayramlar və xüsusi günlər: Birləşmiş Millətlər Təşkilatı - Beynəlxalq Mülki Aviasiya Günü