21 dekabr Qriqorian təqvimində ilin 355-ci (uzun illərdə 356-cı) günüdür. İlin sonuna 10 gün qalır. XX və XXI əsrlərdə Yuli təqviminə görə 8 dekabra uyğun gəlir.
Əhəmiyyətli hadisələr: 1937-ci ildə Dünyanın ilk tammetrajlı animasiya filmi olan "Ağbəniz və yeddi cırtdan" filminin premyerası Karthey Serkl teatrında keçirilib. 1965-ci ildə İrqi Ayrı-seçkiliyin Bütün Formalarının Ləğvi haqqında Beynəlxalq Konvensiya qəbul edilib. 1995-ci ildə Betlehəm şəhəri İsraildən Fələstinin nəzarətinə keçib. 1996-cı ildə Səudiyyə Ərəbistanı milli futbol komandası Asiya Kubokunu qazanıb. 1991-ci ildə isə Əfqanıstan və Moldova Azərbaycanın müstəqilliyini tanımışdır.
Doğumlar: 1401-ci ildə İtaliya boyakarı Mazaçço; 1804-cü ildə Böyük Britaniya baş naziri Benjamin Dizraeli; 1840-cı ildə Türkiyə şairi Namiq Kamal; 1896-cı ildə Sovet və Polşa marşalı Konstantin Rokossovski; 1899-cu ildə Azərbaycan jurnalisti Süleyman Məlikov; 1906-cı ildə Azərbaycan opera müğənnisi Əliövsət Sadıqov; 1916-cı ildə Azərbaycan yazıçısı Süleyman Vəliyev; 1917-ci ildə Almaniya yazıçısı Henrix Böll; 1923-cü ildə Azərbaycan müğənnisi Tükəzban İsmayılova; 1927-ci ildə Azərbaycan heykəltəraşı Ömər Eldarov; 1937-ci ildə Azərbaycan polis polkovniki Fətulla Hüseynov; 1940-cı ildə Azərbaycan dövlət xadimi Vəfa Quluzadə; 1949-cu ildə Burkina-Faso prezidenti Tomas Sankara; 1955-ci ildə Azərbaycan insan hüquqları müdafiəçisi Leyla Yunus; 1961-ci ildə Norveç televiziya icraçısı Yon Ola Sand; 1967-ci ildə Gürcüstan prezidenti Mixeil Saakaşvili və Azərbaycan müğənnisi Nüşabə Ələsgərli; 1977-ci ildə Rusiya televiziya aparıcısı Anfisa Çexova və Fransa prezidenti Emmanuel Makron; 1978-ci ildə Azərbaycan şoumeni və televiziya aparıcısı Murad Dadaşov; 1983-cü ildə ABŞ aktyoru Stiven Yon; 1986-cı ildə Qazaxıstan futbolçusu Sergey Kərimov; 1989-cu ildə Azərbaycan əsgəri Rəşad Kazımov dünyaya göz açmışdır.
Ölümlər: 1375-ci ildə İtaliya yazıçısı və şairi Covanni Bokkaçço; 1783-cü ildə Şəki xanı Hacı Əbdülqadir xan; 1909-cu ildə Fransa yazıçısı Şarl-Lui Filipp; 1945-ci ildə ABŞ generalı Corc Smit Patton; 1949-cu ildə Azərbaycan travmatoloqu Ağaxan Talışınski; 1955-ci ildə Ermənistan hərbi komandiri Qaregin Njde; 1964-cü ildə ABŞ yazıçısı Karl van Vexten; 1979-cu ildə Azərbaycan dövlət xadimi Məmməd Qurbanov; 2006-cı ildə Türkmənistan prezidenti Saparmurat Niyazov; 2014-cü ildə İngiltərə aktrisası Billi Uaytlou və Avstriya bəstəkarı Udo Yürgens; 2015-ci ildə Azərbaycan aktyoru Əsgər Məmmədoğlu; 2017-ci ildə Azərbaycan cangüdəni Aleksandr İvanov; 2020-ci ildə Azərbaycan aktrisası Səfurə İbrahimova vəfat etmişdir.
Bayramlar və xüsusi günlər: San-Tome və Prinsipi – San-Tome Günü