Diskoqrafiya
Mənası: Hansısa bir ifaçı, qrup və ya hadisə ilə əlaqəli olan bütün səs yazılarının (vinil plitələr, maqnit lentləri, CD-lər, rəqəmsal fayllar və s.) tam siyahısı. Bu siyahı adətən buraxılış tarixinə, albomun adına, mahnıların adlarına və digər əlaqədar məlumata əsasən təşkil olunur. Diskoqrafiya həm də müəyyən bir janr, dövr və ya mövzuya aid bütün səs yazılarını əhatə edə bilər.
Mənbəyi: Sözün əsası "disk" sözündəndir, hansı ki, latın dilindəki "discus" (disk) sözündən, o da öz növbəsində qədim yunan dilindəki δίζθνο (dizqos – disk) sözündən götürülmüşdür. "-qrafiya" hissəsi isə qədim yunan dilindəki γξάθσ (qrafo – yazıram) sözündən əmələ gəlmişdir. Beləliklə, "diskoqrafiya" sözü hərfi mənada "disklərin yazısı" və ya "disklərin siyahısı" deməkdir. Fransız dilindəki "discographie" sözündən Azərbaycan dilinə keçmişdir.