Damazlıq Heyvanların İdentikləşdirilməsi

terminlər 0 baxış 0 reaksiya Düzəliş

Damazlıq Heyvanların İdentikləşdirilməsi

Mənası: Müxtəlif vasitələrlə (damğalama, dərialtı mikroçip yerləşdirmə, genetik ekspertiza və s.) cins heyvanların fərqləndirilməsi və kompleks fərdi əlamətlərinin (yaş, cins, mənşəyi, irsi xüsusiyyətləri və s.) müəyyən edilməsi prosesidir. Bu proses heyvanın mənşəyini, irsiyyətini və sağlamlığını izləmək, seleksiya işlərini təkmilləşdirmək, qeyri-qanuni əməllərin qarşısını almaq və heyvanların idarə edilməsini asanlaşdırmaq üçün vacibdir. İdentifikasiya metodunun seçimi heyvanın növü, yaş, iqtisadi əhəmiyyəti və digər amillərdən asılıdır.

Sahə:

  • Heyvandarlıq
  • Genetika
  • Veterinariya
  • Kənd Təsərrüfatı
  • Biometriya
Söz-söhbət (0)

Bu haqda yaz