Bə:rmax
Mənası: (Zəngilan dialekti) Yetişmək. Meyvənin yeyiləcək hala gəlməsi. Misal olaraq "Üzümlər bə:rifdi, yığa bilərik" ifadəsində "bə:rif" sözü "bə:rmax" feilin keçmiş zaman formasının variantı olaraq yetişmiş, yeməli hala gəlmiş mənasını verir.
Bölgə:
- Zəngilan rayonu