Həmbiz
Mənası: Xeyli, çoxlu, bir qədər. Müxtəlif miqdarları ifadə etmək üçün işlənir, kontekstdən asılı olaraq “bir az”, “bir qədər”, “çox” mənalarını da verə bilər. Misal üçün, “həmbiz odun” ifadəsi "bir qədər odun" mənasını verir, “həmbiz tüx” ifadəsi isə “bir neçə tüx” və ya “xeyli tüx” mənasını daşıya bilər. Sözün konkret miqdarı kontekstdən asılıdır.
Bölgə:
- Cəbrayıl rayonu
- Oğuz rayonu
- Zəngilan rayonu
Misallar:
- – Bacım bir həmbiz odun yığıb;
- – Bıy, dəsmalda bir həmbiz tüx’ varımış ki!