Qaraçuxa
Mənası: Ağcabədi, Bərdə, Borçalı, Kürdəmir, Cəbrayıl, Salyan, Yardımlı və Tərtər rayonlarında işlənən bu söz "bəxt", "tale" mənalarında işlənir. "Qaraçuxa yatmaq" ifadəsi isə şəxsi bəxtin gətirməməsi, uğursuzluq, pis tale deməkdir.
Bölgə:
- Ağcabədi rayonu
- Bərdə rayonu
- Borçalı (Gürcüstan)
- Kürdəmir rayonu
- Cəbrayıl rayonu
- Salyan rayonu
- Yardımlı rayonu
- Tərtər rayonu
Misal: Qaraçuxası yatmax – bəxti gətirməmək