Disput
Mənası: Disput, elmi və ya fəlsəfi bir mövzu ətrafında aparılan mübahisə, müzakirə və fikir mübadiləsini bildirir. Çox vaxt məntiqi arqumentlər və dəlillər əsasında aparılır və həqiqəti və ya doğru fikri tapmaq məqsədini daşıyır. Müzakirə iştirakçıları öz fikirlərini açıq şəkildə ifadə edir və əks tərəfin arqumentlərinə cavab verirlər.
Mənbəyi: Söz latın dilindən götürülmüşdür. Latınca "disputatio" sözündən törəmişdir. "Disputatio" isə "disputare" (mübahisə etmək, müzakirə etmək) fellindən əmələ gəlmişdir. Latınca "dis-" ön əlavəsi "ayrılıqda", "arasında" mənasını verir. Kök söz isə "putare" (hesablamaq, düşünmək, qiymətləndirmək) felindən gəlir. Beləliklə, disputun etimoloji kökü "ayrı-ayrı fikirlərin müzakirəsi və qiymətləndirilməsi" kimi izah edilə bilər. Qeyd etmək lazımdır ki, latınca disk, diskussiya, disput, dissertasiya sözləri qohumdur və “dairə” mənası ilə bağlıdır: disk dairəvi olur, qabaqlar disput zamanı dairəvi otururdular. Bu dairəvi oturma forması, fikir mübadiləsinin daha effektiv və sərbəst aparılmasına imkan yaradırdı.