günlər 0 baxış 0 reaksiya Düzəliş

24 noyabr — Qriqorian təqvimində ilin 328-ci (uzun illərdə 329-cu) günüdür. İl sonuna 37 gün qalır. XX və XXI əsrlərdə Yuli təqviminə görə 11 noyabr tarixinə uyğundur.

Əhəmiyyətli hadisələr: 1859-cu ildə Çarlz Darvinin "Növlərin mənşəyi" kitabı nəşr olunmuşdur. 1959-cu ildə Yardımlı rayonunun Ərus və Jiy kəndləri ərazisinə dəmir meteorit düşmüşdür. 1995-ci ildə Azərbaycan və Bruney arasında diplomatik əlaqələr qurulmuşdur.

Doğumlar: 1632-ci ildə Benedikt Spinoza (Niderland filosofu), 1730-cu ildə Aleksandr Suvorov (Rusiya marşalı), 1864-cü ildə Anri de Tuluz-Lotrek (Fransa boyakarı), 1872-ci ildə Georgi Çiçerin (Sovet dövlət xadimi), 1906-cı ildə Əli Nazim (Azərbaycan tənqidçisi və ədəbiyyatşünası), 1924-cü ildə Vəcihə Səmədova (Azərbaycan boyakarı), 1938-ci ildə Natalya Kraçkovskaya (Rusiya aktrisası), 1941-ci ildə Aleksandr Maslyakov (Rusiya televiziya aparıcısı), 1946-cı ildə Ted Bandi (ABŞ seriyalı qatili), 1961-ci ildə Arundati Roy (Hindistan yazıçısı), 1968-ci ildə Bülənt Korkmaz (Türkiyə futbolçusu və baş məşqçisi), 1986-cı ildə Rayan Qaldemond (Kanada müğənnisi), 1989-cu ildə Mehman Hüseynov (Azərbaycan videobloggeri), 1993-cü ildə Asəf Ağayev (Azərbaycan baş leytenantı), 1994-cü ildə Çingiz Qurbanov (Azərbaycan əsgəri, Azərbaycanın Milli Qəhrəmanı) və Ramazan Hudulov (Azərbaycan kapitanı, Vətən Müharibəsi Qəhrəmanı) dünyaya gəlmişlər.

Ölümlər: 1072-ci ildə IV Baqrat (Gürcüstan kralı), 1826-cı ildə Klark Abel (Böyük Britaniya cərrahı və təbiətşünası), 1870-ci ildə Lotreamon (Fransa şairi), 1922-ci ildə Sidney Sonnino (İtaliya baş naziri), 1927-ci ildə Şuşanik Kurqinyan (Ermənistan yazıçısı), 1943-cü ildə Doris Miller (ABŞ aşpazı), 1957-ci ildə Dieqo Rivera (Meksika boyakarı), 1963-cü ildə Li Harvi Osvald (ABŞ əsgəri), 1978-ci ildə Seyfulla Bədəlov (Azərbaycan kinooperatoru), 2001-ci ildə Səyavuş Şəfiyev (Azərbaycan aktyoru), 2011-ci ildə Elxan Qurbanov (Azərbaycan aktyoru), 2015-ci ildə Oleq Peşkov (Rusiya pilotu), 2020-ci ildə Əjdər Həmidov (Azərbaycan aktyoru) vəfat etmişlər.

Bayramlar və xüsusi günlər: Türkiyədə Müəllim Günü qeyd olunur.

Söz-söhbət (0)

Bu haqda yaz