günlər 1 baxış 0 reaksiya Düzəliş

26 noyabr — Qriqorian təqvimində ilin 330-cu (uzun ildə 331-ci) günüdür. İl sonuna 35 gün qalır. XX və XXI əsrlərdə Yuli təqviminə görə 13 noyabra uyğun gəlir.

Əhəmiyyətli hadisələr: 1942-ci ildə Hamfri Boqart və İnqrid Berqmanın baş rollarda çəkildiyi "Kasablanka" filminin Nyu-Yorkda premyerası keçirilib. 2003-cü ildə Konkord son uçuşunu İngiltərənin Bristol şəhəri üzərində edib. Azərbaycana aid hadisələr: 1991-ci ildə ANS TV televiziya kanalı yayıma başlayıb və Azərbaycan parlamenti Dağlıq Qarabağın muxtariyyətinin ləğvini bəyan edib, Stepanakertin adını Xankəndi qoyub. 1996-cı ildə Azərbaycan və Mali arasında diplomatik əlaqələr qurulmuşdur. 2015-ci ildə Bakının Nardaran qəsəbəsində qarşıdurma baş verib.

Doğumlar: 1883-cü ildə Macarıstan şairi Mihay Babiç; 1909-cu ildə Fransa və Rumıniya dramaturqu Ejen İonesko; 1927-ci ildə Azərbaycan filoloqu Həsən Mirzə; 1928-ci ildə Azərbaycan aktyoru Müxlis Cənizadə; 1930-cu ildə Fransa futbolçusu Jak Fua; 1932-ci ildə Hindistan baş naziri Manmohan Sinqh; 1939-cu ildə ABŞ müğənnisi Tina Törner; 1947-ci ildə Azərbaycan deputatı Madər Musayev; 1955-ci ildə Özbəkistan aktrisası Tamara Şakirova; 1966-cı ildə Azərbaycan müğənnisi Xeyransa Məmmədova; 1968-ci ildə Türkiyə müğənnisi Haluk Levent; 1970-ci ildə Azərbaycan aşığı Aşıq Zülfiyyə; 1990-cı ildə Böyük Britaniya müğənnisi Rita Ora dünyaya göz açıb.

Ölümlər: 1504-cü ildə Kastiliya və Leon kraliçası I İzabella; 1844-cü ildə İsveç botaniki Qustav Yohan Billberq; 1855-ci ildə Polşa şairi Adam Mitskeviç; 1891-ci ildə Azərbaycan general-leytenantı Fərəc bəy Ağayev; 1926-cı ildə ABŞ silah konstruktoru Con Brauninq; 1937-ci ildə Azərbaycan aşığı Aşıq Mirzə Bilal; 2003-cü ildə İran din xadimi Sadeq Xalxali; 2012-ci ildə ABŞ cərrahı Cozef Mürrey; 2014-cü ildə Livan müğənnisi və aktrisası Səbah; 2018-ci ildə İtaliya kinorejissoru Bernardo Bertoluççi və ABŞ animatoru Stiven Hillenburq; 2020-ci ildə Azərbaycan kiçik çavuşu Rahil Əkbərov və Azərbaycan baş leytenantı Seymur Hüseyn vəfat ediblər.

Bayramlar və xüsusi günlər: Ümumdünya İnformasiya Günü, Dünya Zeytun Ağacı Günü, Hindistan Konstitusiya Günü, Monqolustan Respublika Günü.

Söz-söhbət (0)

Bu haqda yaz