{name}
17 baxış 1 reaksiya

 VARİS 

(Varis Musa oğlu Yolçiyev)

yazıçı, jurnalist 


STATUSU

Beynəlxalq:

Ümumdünya Yazıçılar İttifaqının (WOW) İdarə Heyətinin üzvü (Ədəbiyyat üzrə Nobel mükafatı laureatı Akinvande Soyinka kimi ünlülərlə birgə təmsil olunur), qurumun 5 bölməsindən birinin - Türk dövlətləri və türkdilli xalqlar bölməsinin katibi.

Avrasiya Millətlər Assambleyası Ədəbiyyat Şurasının (APE) həmsədri;

Nyu-York Dünya Yazıçılar Konqresinin iştirakçısı; PEN Klubun (PEN İnternational), Beynəlxalq Yazıçılar Gildiyasının (İGOW) üzvü; Yaradıcılar Sülh Uğrunda Federasiyasının (APF) Sülh səfiri;

BMT-nin patronajlığı altında keçirilən Avrasiya materikinin ədəbiyyat üzrə III LiFFt Festivallar Fetivalının qızıl laureatı (trofeyi öncəki laureat – dünyaşöhrətli qazax yazıçısı Oljas Süleymenovdan qəbul edib);

Bir neçə beynəlxalq ədəbiyyat və mədəniyyət festivallarının münsifi, antologiyaların redaksiya heyətinin üzvü.


Yerli:

Azərbaycan Ədəbiyyat Fondunun Baş Direktoru;

Azərbaycanın ən böyük mədəniyyət portalı olan “Ədəbiyyat və incəsənət” portalının Baş Redaktoru;

Azərbaycan Yazıçılar Birliyi İdarə Heyətinin üzvü;

Azərbaycanın Əməkdar Jurnalisti.



II TƏRCÜMEYİ HALI

Azərbaycanlıdır. Sumqayıt şəhərində, ziyalı ailəsində dünyaya gəlib.

Atası Musa Yolçiyev dövrün tanınmış ədəbiyyatşünası, Sumqayıt Kimya-Texnologiya Texnikumunun Baş müəllimi, anası Tamara Yolçiyeva Sumqayıt Alüminium Zavodunun Aparıcı iqtisadçısı olub. Ana nənəsi tərəfdən Azərbaycan sufiliyinin görkəmli nümayəndəsi, nəqşibəndilik təriqətinin banilərindən biri Hacı Mahmud Əfəndinin nəslindəndir.

Bakı Dövlət Universitetinin Filologiya fakültəsini bitirib. Yazıçıların Beynəlxalq Nyu-York Konfransı çərçivəsində 58 akademik saat “Bestseller yazmaq qaydaları” kursu alaraq müvafiq Sertifikata layiq görülüb.

Müxtəlif illərdə Azərbaycan Gənclər İttifaqı Sumqayıt Gənclik Mərkəzinin direktor müavini, “168 saat” qəzetinin baş redaktoru, Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin “Azərbaycan” Nəşriyyatının Baş redaktoru, “Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin Departament direktoru vəzifələrini daşıyıb.

2023-cü ildən Azərbaycan Ədəbiyyat Fondunun Baş direktoru, “Ədəbiyyat və incəsənət” portalının Baş redaktorudur.

Azərbaycan Respublikası VI çağırış Milli Məclisinə seçkilərdə 53 saylı Sumqayıt-Xızı seçki dairəsindən namizəd olub. (2020)



NAİLİYYƏTLƏRİ

Ədəbiyyat üzrə

-Dünyanın 6 ölkəsində nəşriyyat hesabına 23 romanı çıxıb;

-Kitabları dünyanın ən böyük Universitet kitabxanası olan Böyük Britaniyanın Birmingen Universiteti kitabxanasının, habelə Almaniyanın Halle, Rusiyanın Qorki adına kitabxanalarının və s. əsas fondlarına daxil edilib;

-Bir çox yerlərdə, o cümlədən Nyu-Yorkda Brodveydə, Moskvada Qızıl Meydanda, Bakıda Bakı Konqress Mərkəzində kitab təqdimatları keçirilib;

-2016-cı ildə Nyu-Yorkda “Kreativ yazıçıların ABŞ üzrə promokşnı (“Promotion of Creative writinq in the USA") layihəsinə seçilən 50 üzvdən biri, yeganə müsəlmandır;

-2018-ci ildə Avrasiya materikinin ədəbiyyat üzrə 3-cü LiFFt festivallar festivalının qızıl medalına layiq görülərək reqlamentə uyğun olaraq 2019-cu ildə festivalın qalibin vətənində - Bakıda keçirilməsini təmin edib. Heydər Əliyev Mərkəzində Heydər Əliyev Fondunun həmtəşkilatçılığı ilə keçirilən 4-cü festivalda dünyanın 55 ölkəsindən 170 məşhur yazıçı, o cümlədən 53 top yazıçı iştirak edib;

-Müstəqil Azərbaycanda roman yazmaq üçün Dövlət sifarişi almış ilk və yeganə yazıçıdır, onun “Qırmızı Ləçəklər” romanı Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə keçirilən “Xocalıya Ədalət” kampaniyası çərçivəsində Xocalı həqiqətlərinin təbliğatçısına çevrilib;

-Əksər kitabları dəfələrlə təkrar nəşr edilib, Azərbaycanda müxtəlif illərdə ən çox satılan kitab reytinqlərində yer alıb. “Sonuncu ölən ümidlərdir” romanını Bakı Kitab Klubu müstəqil Azərbaycan tarixində ən çox satılan kitab elan edib; “Sənə inanıram” romanı Özbəkistanda 2021-ci ilin yekunlarına görə Rəşad Nuri Güntəkinin “Yaşıl gecə” romanından sonra ikinci ən çox satılan kitab olub.

-“Yetmiş yeddinci gün” romanı 2014-cü ildə Türkiyənin Yozqat Bozok Dövlət Universitetində dərs vəsaiti kimi təsdiqlənib, “Sonuncu ölən ümidlərdir” romanı 2015-ci ildə M.Qorki adına Moskva Beynəlxalq Ədəbiyyat İnstitutunda dissertasiya mövzusu olub;

- “Metamorfoz” romanı London Ədəbiyyat Mükatatının qısa siyahısına düşüb;

Bir çox beynəlxalq və yerli mükafatlara layiq görülüb:

2011-ci ildə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin "Qızıl kəlmə" ədəbiyyat mükafatı; 2013-cü ildə Türkiyənin Avrasiya Yazarlar Qurumunun Beynəlxalq Mahmud Kaşğari hekayə müsabiqəsinin mükafatı; 2016-cı ildə Rusiyanın Moskva Ədəbiyyat mükafatı; 2017-ci ildə Varşavada keçirilən Salavyan Ədəbiyyat festivalının və YUNESKO-nun Adam Mitskeviç medalı; 2018-ci ildə Fransada Antuan de Sent Ekzüperi Evinin keçirdiyi hekayə müsabiqəsinin mükafatı; 2018-ci ildə Böyük Britaniya Yazıçılar İttifaqının (APPİA) versiyasında “İlin Yazıçısı” titulu; 2018-ci ildə Rusiyanın “Rossiyskiy kolokol” ədəbi nəşrinin versiyasında “İlin Yazıçısı” titulu; 2019-cu ildə Azərbaycan Yazıçılar Birliyinin və “Ədəbiyyat qəzeti”nin Əli Bəy Hüseynzadə mükafatı; 2019-cu ildə Rusiya Yazıçılar İttifaqı Rəyasət heyətinin 20190415-1 saylı qərarı ilə Puşkin medalı; 2021-ci ildə Ədəbi ustalığa görə Ukrayna Yazıçılar İttifaqının Atanas Vençev Diplomu, 2024-cü ildə Azərbaycan Yaradıcılıq Fondu tərəfindən “İlin Ədəbiyyat adamı” fəxri titulu və s.


Media və kino üzrə

1994-cü ildə Azərbaycan Televiziyasında müəllifi olduğu “Gecə kanalı” proqramına görə “Dan ulduzu” ali jurnalistika mükafatı;

2001-ci ildə “168 saat” qəzetinin Baş redaktorluğuna görə Parisdə BİD təsisatı tərəfindən Minilliyin mükafatı;

2002-ci ildə “168 saat” qəzetinin Baş redaktorluğuna görə Brüsseldə Euromarket mükafatı və s.

2013-15-ci illərdə iki romanının ssenarisinə (“Sənə inanıram” və “Bir ovuc torpaq”) Azərbaycan Prezidentinin Milli Teleradio Şurasına ayırdığı vəsait hesabına teleserial çəkilib;

2016-cı ildə “Göydən yıxılan mələk” ssenarisi ABŞ-da The Hollywood reporter- dərgisinin ənənəvi ssenari müsabiqəsinin uzun siyahısına daxil edilib;

2017-ci ilin dekabrında Azərbaycan Respublikası Prezidentinin 3525 saylı sərəncamı ilə Azərbaycan Respublikasının Əməkdar Jurnalisti fəxri adına layiq görülüb;

2022-ci ildə Azərbaycanın ilk tarixi teleserialının - Azərbaycan Mədəniyyət Nazirliyi ilə Türkiyənin “Bozdağfilm” şirkərinin birgə istehsalı olan “Atabəylər: Şəmsəddin Eldəniz” teleserialının Ssenari qrupunun rəhbəri təyin olunub;

2023-cü ildə “Ədəbiyyat və incəsənət” portalının Baş redaktoru olaraq TÜRKSOY tərəfindən Türk dövlətləri arasında İlin mediası ödülünə layiq görülüb. 

Şərhlər (0)

Bu haqda yaz