terminlər 0 baxış 0 reaksiya Düzəliş

Onkologiya

Mənası: Onkologiya bədxassəli şişlərin (xərçəng) əmələ gəlmə səbəblərini, inkişaf mexanizmlərini, klinik təzahürlərini (simptomlarını), diaqnostik üsullarını, müalicə metodlarını və profilaktik tədbirlərini öyrənən tibb elminin bir sahəsidir. Bu sahə, hüceyrələrin nəzarətsiz böyüməsi və yayılması ilə əlaqəli xəstəlikləri əhatə edir. Onkoloji araşdırmalar xərçəngin yaranma səbəblərini, risk faktorlarını, genetik əlaqələrini, müalicəyə cavab reaksiyalarını və xəstəliyin yayılma mexanizmlərini daha dərindən başa düşməyə yönəlib. Müalicə metodları cərrahi əməliyyatlar, kimyəvi terapiya, şüa terapiyası, həmçinin yeni inkişaf edən bioloji terapiya və hədəf terapiya üsullarını əhatə edir.

Sahə:

  • Tibbi onkologiya
  • Eksperimental onkologiya
  • Bioloji onkologiya
  • Radioterapiya
  • Kimyaterapiya
  • Cərrahi onkologiya
  • Onkopatologiya
  • Onkoepidemiologiya
Söz-söhbət (0)

Bu haqda yaz