Adax-çeçəx’
Mənası: (Gədəbəy dialekti) Uşağın ilk addımları. "Adax-çeçəx’ eləmək" ifadəsi isə uşağın ilk dəfə addım atması mənasını verir. Misal üçün, "Yenicə adax-çeçey eləy nəvəm, a nənəsi" ifadəsi nəvəsinin yeni-yeni addımlamağa başladığını bildirən nənənin sözləridir. Bu söz birbaşa uşağın ayaqlarının hərəkətlərini təsvir edən səs- təəssürat əsasında formalaşmışdır. "Adax" və "çeçəx" sözləri uşağın zəif və titrəyən ayaqlarının səsini, hərəkətini əks etdirir.
Bölgə:
- Gədəbəy rayonu