Admiral
Mənası: Ərəb mənşəli bir sözdür. Əvvəllər "dəniz əmiri" mənasını ifadə edirdi. Hazırda isə hərbi dəniz qüvvələrində yüksək rütbəni bildirir. Dünya dillərində dəniz hərbi qüvvələrinin ən yüksək rütbəli zabitinə verilən ad kimi işlənir.
Mənbəyi: Sözün etimoloji kökü Ərəb dilinə dayanır. "Əmirəl-bəhr" (أَمِيرُ ٱلْبَحْر) ifadəsindən götürülmüşdür. "Əmir" (أَمِيرٌ) – əmir, hakim, başçı, "bəhr" (بَحْرٌ) isə – dəniz deməkdir. Beləliklə, "dəniz əmiri" mənasını verir. Avropa dillərinə də Ərəb dilindən keçmiş və müxtəlif dillərdə "admiral" formasında qərar tutmuşdur.