etimologiya 1 baxış 0 reaksiya Düzəliş

Aşpaz

Mənası: Aş bişirən şəxs, aşbaz. Peşəsi aş bişirmək olan insan.

Mənbəyi: Söz iki hissədən ibarətdir. "Aş" sözü Azərbaycan dilinin öz sözüdür və qida növü olan "aş"ı bildirir. "Paz" hissəsi isə farsca "poxtən" (qaynatmaq, bişirmək) məsdərinin qrammatik əsasından törəmədir. Beləliklə, "aşpaz" sözü "aş bişirən" mənasını verir. "Paz" hissəsinin əslində "pəz" olduğu və fars dilindən keçdiyi güman edilir. Bu halda sözün kökü "aş pəz" (aş bişirən) şəklində olmalıdır. "Pəz" əvəzinə "paz" formasının istifadəsi zaman keçdikcə fonetik dəyişikliklər nəticəsində baş vermişdir.

Söz-söhbət (0)

Bu haqda yaz