Geri
Mənası: İrəli (əsli: iləri) kəlməsinin qarşıtı olaraq, arxa tərəfi, əks istiqaməti bildirən söz. Arxada qalmaq, geridə qalmaq, əvvəlki vəziyyətə qayıtmaq mənalarında da işlənir.
Mənbəyi: Söz "iləri" kəlməsinin qarşıtı olaraq yaranmışdır. "İləri" "il yer" (qabaq yer) mənasını verir. "Geri" isə (əsli: geyri) "gey" sözündən törəmişdir. "Gey" isə "arxa yer" mənasını ifadə edir. Yəni, "geri" sözü, məkanca və ya zamanca "irəli"nin əksini ifadə edən, "arxa yer" mənasını bildirən kökdən əmələ gəlmişdir.