
Çingiz Akif oğlu Abdullayev 1959-cu il aprelin 7-də Bakı şəhərində dünyaya göz açıb. O, detektiv janrında qələmə aldığı əsərləri ilə tanınan yazıçı, publisist və Azərbaycan Respublikasının xalq yazıçısıdır (2005). 1989-cu ildən Azərbaycan SSR Yazıçılar İttifaqının üzvü, 1991-ci ildən isə Azərbaycan Yazıçılar Birliyinin birinci katibi (müavini) vəzifəsini icra edir. Hüquq elmləri doktoru (1991) elmi dərəcəsinə sahibdir.
Yazıçı ziyalı ailəsində böyüyüb. Hüquqşünaslar nəslindən gələn Çingiz Abdullayevin ulu babası hələ XIX əsrin sonlarında Bakıda vəkil köməkçisi olub. Atası, Akif Abdulla oğlu Abdullayev, Böyük Vətən müharibəsinin iştirakçısı olmaqla yanaşı, müxtəlif vəzifələrdə—Naxçıvan Muxtar Respublikasında prokuror, Bakı şəhərində prokuror müavini və Azərbaycan Vəkillər Rəyasət Heyətinin sədri kimi çalışıb.
Orta təhsilini Bakının 189 saylı məktəbində başa vuran Çingiz Abdullayev, 1976-cı ildə Azərbaycan Dövlət Universitetinin hüquq fakültəsinə daxil olub və 1981-ci ildə oranı bitirib.
2024-cü ilin 13 aprel tarixində reanimasiyaya yerləşdirilib.
Filmoqrafiya:
Əsər müəllifi kimi:
- Dronqo (bədii serial, 2002, Rusiya)
- Məhkumlar (tammetrajlı bədii film, 2007)
Ssenari müəllifi kimi:
- Dronqo (bədii serial, 2002, Rusiya)
- Məhkumlar (tammetrajlı bədii film, 2007)
- Tərsinə çevrilən dünya (tammetrajlı bədii film, 2011)
- Xeyirlə şərin rəqsi (tammetrajlı bədii film, 2015)
Məsləhətçi kimi:
- 40-cı qapı (tammetrajlı bədii film, 2008)
Prodüser kimi:
- Adın sirri və tale. Qurban Səid (sənədli film, 2010)
Doğum Tarixi: 7 aprel 1959
Doğum Yeri: Bakı, Azərbaycan SSR, SSRİ