Hidroterapiya
Mənası: İs. [yun. ὕδσξ "su" + θεραπεία "müalicə"] Tibb, kosmetologiya sahələrində bərpaedici, profilaktik və estetik məqsədlərlə tətbiq olunan, suyun müxtəlif formalarından (isti vannalar, soyuq kompreslər, sualtı masajlar və s.) istifadə edən kompleks kosmetoloji və tibbi proseduraların ümumi adı. Hidroterapiya müalicəvi və sağlamlığı qoruyucu təsirə malikdir. Suyun temperaturu, təzyiqi və tətbiq üsulunun dəyişdirilməsi vasitəsilə müxtəlif fizioloji proseslərə təsir göstərmək mümkündür. Bu üsulun tətbiqi ilə ağrıların azaldılması, əzələlərin rahatlaması, qan dövranının yaxşılaşdırılması, metabolizmanın sürətləndirilməsi və dəri vəziyyətinin yaxşılaşdırılması kimi müsbət nəticələr əldə edilə bilər.
Mənbəyi: Söz yunan dilindən götürülmüşdür. ὕδσξ (hýdor) – "su" və θεραπεία (therapeía) – "müalicə" sözlərinin birləşməsindən əmələ gəlmişdir.