Quruluşçu Rejissor
Mənası: Audiovizual əsərlərin (kinofilmlər, televiziya proqramları, reklam çarxları və s.) və teatr, sirk, kukla, estrada, televiziya tamaşası və digər səhnə əsərlərinin ümumi bədii konsepsiyasını, dramatikasını, vizual tərtibatını və ssenarisinin tamaşa formasına uyğunlaşdırılmasını həyata keçirən, əsərin bütün yaradıcı elementlərini bir araya gətirərək bütöv bir bədii məhsul yaradan mütəxəssis. Quruluşçu rejissor əsərin ümumi estetik görünüşündən, aktyor seçimi və onlarla işdən, dekorasiya, işıqlandırma, səs dizaynından, montajdan və s. məsuliyyət daşıyır. O, həm də əsərin məzmununun düzgün və tam şəkildə çatdırılmasını təmin edir.
Sahə:
- Kino
- Televiziya
- Teatr
- Sirk
- Kukla Teatrı
- Estrada
- Reklam
- Audiovizual incəsənət