Ağ
Mənası: Sözün iki əsas mənası vardır:
- Xaçmaz, Salyan və Şəmkir rayonlarında alt tumanın və ya şalvarın ortası kimi işlənir. Misal üçün, Şəmkirdə işlənən “Gədənin şalvarının ağı cırılıf, mərəkədə biyavır oluf” ifadəsində “ağ” sözü məhz bu mənada işlənilir.
- İmişli rayonunda isə “var-dövlət” mənasında işlədilir.
Bölgə:
- Xaçmaz rayonu
- Salyan rayonu
- Şəmkir rayonu
- İmişli rayonu