Bəlləmək
Mənası: Sözün iki əsas mənası vardır:
- İmişli bölgəsində işlənən mənası: yoluxmaq, baş çəkmək. Nümunə cümlə: – Tay gedib bizi bəlləmirsən?
- İmişli bölgəsində işlənən mənası: yoxlamaq. Nümunə cümlə: – Gedək bəlliyək, görək kim var orda
- Kürdəmir və Ucar bölgələrində işlənən mənası: nişanlamaq, işarələmək.
Bölgə:
- İmişli
- Kürdəmir
- Ucar