Frilanser
Mənası: İngilis dilindən keçmiş bir termin olub, ştatdankənar işçi, müstəqil fəaliyyət göstərən şəxs mənasını verir. İlkin mənası isə sərbəst nizə atıcısı (sərbəst döyüşçü) olub.
Mənbəyi: Söz ingilis dilindən (ing. freelancer) Azərbaycan dilinə keçmişdir. "Freelancer" sözünün etimoloji kökü "free" (azərb. sərbəst) və "lancer" (azərb. nizə atıcısı) sözlərindən əmələ gəlib. Orta əsrlərdə sərbəst, öz xidmətlərini müxtəlif tərəflərə satan nizə atıcılarına verilən addır. Zamanla bu termin öz mənasını genişləndirərək müxtəlif sahələrdə müstəqil işləyən şəxsləri ifadə etməyə başlamışdır.